Çimərlikdə istirahət edərkən günvurma əlamətlərinə diqqət edin
Baş ağrısı və halsızlıq gün vurmasını göstərə bilər
Çimərlik tətili zamanı günəş vurması və ya həddindən artıq istilənmə əlamətləri arasında: artan tərləmə, zəiflik hissi, baş ağrısı, başgicəllənmə halları yaşana bilər.
Mütəxəssislərin fikrincə bu, simptomların tam siyahısı deyil. Əlamətlər arasında, həmçinin dərinin qızartı, tərləmə, ürəkbulanma və hətta qusma və sürətli ürək döyüntüləri ola bilər.
Günəş vurmasının fərqli əlamətləri arasında tərləmənin dayanmasıdır.
Günvurma zamanı şəxsin kölgəyə və ya sərin yerə köçürülməsi vacibdir. Bundan sonra, onun bəzi paltarlarını çıxarın, başını baş geyimindən azad etmək xüsusilə vacibdir. Günəş vurması halında başınızı soyudulmuş nəm dəsmal ilə təzələyin, kiçik qurtumlarla təmiz su için və tibbi yardım axtarın və ya təcili yardım çağırın.
“Həddindən artıq qızma və ya günvurma şübhəsi yarandıqda dərhal reaksiya və düzgün tədbir insanların həyatını xilas edə və ciddi fəsadların qarşısını ala bilər. Öz vəziyyətinizə və ətrafınızdakıların vəziyyətinə nəzarət etməli, müntəzəm olaraq maye içməli və dəriniz üçün mütləq günəşdən qoruyucu vasitələrdən istifadə etməlisiniz.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...