21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Taylandda  “Üzən Fənər” Festivalı keçirilib

15-11-2024
IMG

Taylandda Ay təqviminə görə sonuncu tam ayın gecəsi qeyd olunan Loy Krathong, yəni  “Üzən Fənər” festivalı bu gün qeyd olunub.  Taylandlılar ölkə boyu çayların, kanalların və dərələrin sahillərinə axışaraq yarpaqlar, çiçəklər, şamlardan istifadə edərək hazırladıqları "krathong" adlı fənərləri dualarla müşayiət edərək suya qoyublar. 

Xüsusilə paytaxt Banqkok və Çianq Mai şəhərlərində suyun kənarında qurulan festival ərazilərində ənənəvi Tayland geyimlərində hər yaşdan iştirakçının marağına səbəb olan şənliklərə xarici turistlər də böyük maraq göstərib. Festivalda ənənəvi musiqi və rəqs nömrələri, atəşfəşanlıq və işıq şouları böyük alqışlarla qarşılanıb. Suyun çirklənməsi səbəbindən zaman-zaman tənqidlərə səbəb olan festivalda bu il banandan hazırlanan ənənəvi dizaynlarla yanaşı, hindistan cevizi ağacının yarpaqları, çörəkdən hazırlanmış fənərlər, çipslər və hətta buz da Taylandlılar tərəfindən suya atılıb.

Paylaş: