Cənubi Koreyada 800 yaşlı nəhəng ağac
Cənubi Koreyanın Vonju şəhərində 33 metr hündürlüyündə və tam 800 yaşı olan Məbəd ağacı hər il ziyarətçilərini qarşılayır. Ən gərgin dövr yarpaqların saralmağa başladığı dövrdür. Az qala səmaya dəyən budaqları, geniş gövdəsi və sıx sarı yarpaqları... Bu, Cənubi Koreyanın Vonju şəhərində müharibələrə, xəstəliklərə, əzablara və inqilablara şahidlik etmiş 800 illik Məbəd Ağacıdır.
Cənubi Koreyalılar nəhəng ağacı görmək üçün kilometrlərlə uzaqdan gəlirlər. Ağac 31 yanvar 1965-ci ildən təbiət abidəsi kimi qorunur. Ağacı kimin yetişdirdiyi məlum deyil, lakin rəvayətə görə, bir nəfər su içmək üçün ağacın olduğu ərazidə dayanıb və əşyalarını orada qoyub. Ağac əşyaların olduğu ərazidə böyüməyə başlayıb.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...