21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

NASA-dan 50 ildən sonra bir ilk…

08-01-2024

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bu gün yeni Ay missiyasına start verib. NASA-nın “Astrobotic Peregrine” eniş aparatını daşıyan “Vulcan Centaur” raketi bu gün Floridadakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından orbitə buraxılıb. Yerli vaxtla saat 02.18-də uğurla buraxılan Vulcan raketini daşıyan aparat NASA-nın Commercial Lunar Payload Services (CLPS) təşəbbüsü çərçivəsində elmi avadanlıqları Aya götürəcək. Avadanlıqlar arasında milyonlarla insanın sevə-sevə izlədiyi ABŞ-nın  elmi-fantastik serialı “Star Trek”in heyətindən xatirə əşyaları da var. 

Kosmik gəmi Ayı gəzən ilk ABŞ robotu olacaq. Vulkan raketinin yaradıcısı olan “United Launch Alliance” nin sözçüsü Amanda Sterlinq “Peregrine Moon” eniş aparatının onu kosmosa aparan “Vulcan Centaur”  raketindən 51 dəqiqə 6 saniyəyə uğurla ayrıldığını açıqlayıb. “Astrobotic Peregrine”nin fevralın 23-də Aya  eniş edəcəyi gözlənilsə də, o vaxta qədər elliptik orbitdə hərəkət edəcək.

Paylaş: