21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Ekspertlər insanın süni intellektlə əvəz olunması haqqında

22-01-2024

2022-ci ilin sonunda “OpenAl” şirkətinin baş direktoru Sem Altman “ChatGPT”ni rəsmi şəkildə dövriyyəyə buraxdıqdan sonra süni intellektin artımı dünyanın bütün ölkələrini əhatə edib. O vaxtdan bu texnologiya elə inkişaf edib ki, hazırda süni intellekt neyron şəbəkələr sayəsində insanın hərəkətini imitasiya edir, yaşlı insanların tənhalığına qarşı mübarizə aparır, qanunauyğunluğu öyrənir, sürətli əməliyyatların köməyi ilə böyük məlumat həcmlərini birləşdirir, okeanlarda plastikləri aşkarlayır, əmək sahəsində təkrarlanan məsələləri avtomatlaşdırır. Süni intellektin digər çoxsaylı imkanları mövcuddur. Məsələn, “Google DeepMind” tədqiqatçılarının yaratdıqları “AlphaGeometry” sistemi həndəsədən məsələləri riyaziyyat olimpiadasının çempionu kimi yerinə yetirə bilər.

Fhnews.az xarici mənbələrə istinadla xəbər verir ki, bu nailiyyətləri nəzərə alan Süni İntellektin Təhlükəsizliyi Mərkəzindən olan ekspertlər qrupu bu texnologiyanın bəşəriyyət üçün yarada biləcəyi mümkün risklər barədə xəbərdarlıq edib.

Lakin indi bu xəbərdarlıqlara “NewScientist” elmi jurnalı tərəfindən süni intellekt üzrə təqribən üç min ekspert arasında aparılan sorğunun nəticələri də əlavə olunub. Sorğunun nəticələri çoxsaylı rəylər və qeyri-müəyyənlikləri üzə çıxarıb.

Ekspertlər süni intellekt səbəbindən bəşəriyyətin yox olması barədə nə deyirlər?

Sorğunun bir hissəsində ekspertlərdən süni intellektin gələcəkdə hansı – həm mənfi, həm müsbət fəsadları ola biləcəyini soruşublar. Respondentlərin 58 faizinin cavabına görə, hazırda 5 faizlik ehtimal mövcuddur ki, bu texnologiya bəşəriyyəti məhv edəcək. Halbuki bu faiz kifayət qədər aşağıdır. Sorğunun nəticəsi göstərir ki, süni intellektin insanları dəyişə biləcəyini tədqiqatçıların yarıdan çoxu təsdiqləyir. Eyni zamanda, sorğunun bəzi iştirakçıları narahatçılığa əsas olmadığını, yəni bunun hazırda qeyri-mümkünlüyünü qeyd edirlər.

Respondentlər fövqəlinsan süni intellektinin əmələ gələcəyini də hesab edirlər

Digər tərəfdən, rəyi soruşulanların 50 faizi hesab edir ki, süni intellekt tapşırıqları müstəqil və insanın müdaxiləsi olmadan yerinə yetirə bilər. Daha 50 faiz respondent düşünür ki, 2047-ci ildə fövqəlinsan süni intellekt mövcud olacaq; bundan başqa ekspertlərin 50 faizi əmindir ki, 2116-cı ilədək iş yerləri tamamilə avtomatlaşdırılacaq. Nəhayət, ekspertlərin 70 faizindən çoxu etiraf edirlər ki, texnologiya ictimai rəyi manipulyasiya etmək və hətta silahı layihələndirmək iqtidarında olacaq.

Paylaş: