Türkiyə elektrikli avtomobil satışında Avropa İttifaqı ölkələrini geridə qoyub
Keçən il 65.562 ədəd tam elektrikli avtomobil satışı ilə Türkiyə İtaliya, İspaniya, Avstriya, Danimarka və Finlandiya kimi Aİ ölkələrini geridə qoyaraq 6-cı sırada yer alıb. Elektrikli avtomobillərin sinonimi kimi istifadə edilən “yaşıl avtomobillər” Türkiyədə getdikcə sürətlə inkişaf etməyə davam edir.
Bir çox Avropa və Asiya markaları il ərzində Türkiyə bazarında daha əvvəl elan edilmiş iddialı modellərini satışa çıxarıb. Elektrikli avtomobillərlə yanaşı, elektrik mobilliyin başqa bir hissəsi olan hibrid mühərrikli avtomobillərin də sayı artır. Sorğu araşdırmaları da göstərir ki, elektrikli avtomobillərin alış marağı kifayət qədər yüksəkdir.
Avtomobil Distribyutorları və Mobility Dərnəyinin məlumatına görə, Türkiyənin avtomobil və yüngül ticari avtomobillərin ümumi bazarı 2023-cü ildə 57,4 % artıb. Belə ki, sektorda ilk dəfə olaraq 1 milyonu keçərək 1 milyon 232 min 635 ədəd satılıb. Avtomobil satışları keçən il 2022-ci ilə nisbətən yüzdə 63,2 artaraq 967 min 341 ədəd, yüngül ticari avtomobil satışları isə yüzdə 39,2 artaraq 265 min 294 ədəd olub.
Türkiyənin “Kobikom telekommunikasiya”...
Alimlər Alzheimer xəstəliyini erkən...
“Ağıllı ətraf mühit və yaşıl...
Ekspertlər insanın süni intellektlə əvəz...
Türkiyə elektrikli avtomobil satışında...