3 iyun 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

Rusiyanın Bryansk vilayətində körpünün uçması nəticəsində yeddi nəfər ölüb, onlarla insan xəsarət alıb

01-06-2025
IMG

Rusiya Federasiyasının Bryansk vilayətinin Vıqoniç rayonunda avtomobil körpüsünün uçması nəticəsində sərnişin qatarı qəzaya uğrayıb, yeddi nəfər həyatını itirib, 69 nəfər xəsarət alıb.

Fhnews.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib.

Xəsarət alanlardan üçü, o cümlədən bir uşaq ağır vəziyyətdədir. 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicə alır.

Hadisə Pilsino–Vıqoniç dəmir yolu sahəsində baş verib. “Miratorq” şirkətinə məxsus yük avtomobili körpünün üzərindən keçən zaman qəza baş verib, körpü Klymov–Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının üstünə uçub. Hadisə nəticəsində lokomotiv və bir neçə vaqon relsdən çıxıb.

Moskva Dəmir Yolu İdarəsinin məlumatına görə, hadisəyə “nəqliyyat fəaliyyətinə qanunsuz müdaxilə” səbəb olub. Prokurorluq araşdırmaya başlayıb. Hadisə yerində xilasedicilər işləyirlər.

Paylaş: