FHN-in Gəncə Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Azərbaycan ilə Gürcüstan gənclərinin...
Qərbi Azərbaycan İcmasında Türkiyə...
Asiya İnkişaf Bankı ilə ətraf mühitin...
Ali Məhkəmə borcları ilə bağlı müflis...
Qeyri-sabit hava şəraiti iyunun 5-dək...