6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Kanadanın General-Qubernatoru Meri Saymondan

03-06-2025
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
 
Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bütün kanadalılar adından təbrik edirəm.
 
Kanada və Azərbaycan dövrümüzün ən aktual problemlərinin həllinə sadiqliyimizlə möhkəmlənmiş yaxşı ikitərəfli əlaqələrə malikdir. Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirmək niyyətindədir. Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edir və bu ümumi prioritet üzrə irəliləyişi təşviq etməyə sadiqdir.
 
Kanada, həmçinin hamımız üçün daha parlaq gələcək istiqamətində fəaliyyətimizə imkan verən ümumi dəyərlərə - demokratiyaya, qanunun aliliyinə hörmətə və insan hüquqlarının qorunmasına əsaslanan əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəkdir.
 
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
 
Hörmətlə,
Meri Saymon
Kanadanın General-Qubernatoru
Paylaş: