FHN tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi, Beyləqan və Tərtər rayonlarının, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə İsmayıllı rayonunun sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Bakıda Qurban bayramı münasibətilə...
“Təmiz Şəhər” ASC-nin təşəbbüsü...
Qurban bayramı: Səxavət, yardımlaşma və...
Şamaxıda zəlzələ olub...
Qarabağ “DOST Evi” filialı ağacəkmə...