6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Parlamentdə ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

03-06-2025
IMG

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

Fhnews.az xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.

Paylaş: