Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara müraciət edib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Dövlət Agentliyindən bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri qeyri-iş günlərində – 6 və 9 iyun tarixlərində fəaliyyət göstərəcəkdir.
Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.
Azərbaycan Qazaxıstanda keçirilən...
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...