7 iyun 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılınıb YENİLƏNİB

06-06-2025
IMG

İyunun 6-da paytaxtdakı “Əjdərbəy”, Təzəpir və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

 

Fhnews.az xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

 

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

 

Ölkənin digər, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb.

 

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.

Paylaş: