Yeni Ramana qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə məişət tullantıları yığılmış sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yasamal rayonunda bağlı qapı arxasında...
Yeni Ramana qəsəbəsi ərazisində açıq...
FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan...
Şamaxı rayonu ərazisində zəlzələ olub...
FHN-in qüvvələri itkin düşən vətəndaşın...