Qazaxıstan HDQ-in təqribən 1000 hərbçisi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Döyüş hazırlığı planı çərçivəsində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) təqribən 1000 hərbçisi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Fhnews.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlərdə hərbi-dəniz bazasının qüvvə və vasitələri, müxtəlif gəmilərdən ibarət divizion, dəniz piyadalarının hücum batalyonu, diversiya əleyhinə qüvvələr və vasitələrdən ibarət rota, həmçinin hidroqrafik dəstək xidməti iştirak edir.
Kompleks taktiki-cərgə məşğələləri zamanı xəbərdarlıq sisteminin effektivliyi, qərargahın ahəngdarlığı, bölmələrin cəmləşmə rayonlarına çıxarılmasının səmərəliliyi yoxlanılır. Hərbi texnika və silahlar döyüşə hazır vəziyyətə gətirilib.
Görülən tədbirlər kompleksi qoşunların qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün hazırlığının artırılmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və bütün kateqoriyalardan olan hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına yönəlib.
Yay təlimi dövründə Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimlər, gəmilərin dənizə çıxarılması, praktiki atışlar, döyüş maşınının idarə olunması, paraşütlə tullanmalar və digər tədbirlər nəzərdə tutulub.
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...
Kanadada meşə yanğınları davam edir...
Qazaxıstanda çəyirtkələrin yayılma...