6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Aralıq dənizində 5,8 bal gücündə zəlzələ baş verib

03-06-2025
IMG

AFAD zəlzələnin Marmaris rayonu sahillərindən 10,43 kilometr aralıda baş verdiyini bildirib. Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin Marmaris rayonu sahillərindən 10,43 kilometr aralıda bu gecə qeydə alınan zəlzələ 67,91 kilometr dərinlikdə baş verib.

Muğla şəhərinin valisi İdris Akbıyık bu barədə sosial şəbəkədə paylaşım edib. 

“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – deyə qeyd edən  Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb. Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.

Paylaş: