Ağcabədidə 5 ildə ASANlaşan 900 minə yaxın müraciət!
Ağcabədi “ASAN Həyat” kompleksi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci il iyunun 3-də açılıb
Fhnews.az xəbər verir ki, həmin il iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Ağcabədi regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, kinoteatr, paintball sahəsi, anfiteatr, ASAN Kafe var.
Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Ağcabədi regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərdiyi müddət ərzində 900 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəz gündəlik olaraq ortalama 700-ə yaxın vətəndaşa xidmət göstərir.
Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 400 nəfər könüllü məzun adını qazanıb.
Kompleksdə fəaliyyət göstərən Kinoklubda 92 və 46 nəfər tutumu olan 2 ədəd kinozal var. Kompleksin həyətində açıq hava tədbirləri üçün nəzərdə tutulmuş 100 nəfərlik anfiteatr mövcuddur. Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 54 nəfərdir.
Bundan başqa, Kompleksin həyətində vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası, idman və əyləncə guşəsi var.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...