Səhiyyə Nazirliyi respirator xəstəliklərdən qorunmaqla bağlı əhaliyə müraciət edib
Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Səhiyyə Nazirliyi (SN) əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusilə risk qrupuna daxil olan şəxslər üçün qarşıdan gələn Qurban bayramı və istirahət günləri ilə bağlı tövsiyələr verib.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə məsləhət görülür. Eyni zamanda, əl gigiyenasına ciddi riayət edilməli, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verilməlidir.
Geyim seçimində isə mövsümün deyil, hava şəraitinin nəzərə alınması tövsiyə olunur.
SN hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...