6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Macarıstanla iqtisadi əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb

03-06-2025
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, “4iG Space and Defence Technologies Plc.” şirkətinin sədri Gellert Yasai ilə görüşüb.

Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb.

Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. “4iG Space and Defence Technologies Plc.” şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.

Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “4iG Group” Macarıstanın informasiya texnologiyaları (İT) və telekommunikasiya şirkətidir. Əsas fəaliyyət sahələrinə İT xidmətləri, telekommunikasiya, peyk texnologiyaları və kosmik sənaye daxildir.

Paylaş: