Britaniyaya qanunsuz gedən miqrant qayıqlarına nəzarət artırılır
Fransa hökuməti Böyük Britaniyaya yola düşən miqrant qayıqlarını ilk dəfə dənizdə qarşısını almaq üçün yeni plan hazırlayacağını bəyan edib.
Fhnews.az “Telegraph”a istinadla xəbər verir ki, bu plan növbəti altı həftə ərzində tamamlanacaq və iyulun 8-də keçiriləcək Fransa–Britaniya sammitinədək hazır vəziyyətə gətiriləcək. Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri bildirib ki, miqrantlarla dolu qayıqlar sahildən 300 metr məsafədə hədəfə alınacaq və Britaniyaya yola çıxmazdan əvvəl dayandırılacaq.
Yeni strategiyanın bir hissəsi olaraq, Fransa dəniz təhlükəsizlik qüvvələrini altı yeni patrul gəmisi ilə gücləndirir. Bu gəmilər yalnız miqrantları xilas etməklə kifayətlənməyəcək, həm də Böyük Britaniyaya yola düşən qayıqların vaxtında qarşısını alacaq.
Fransa hökumətinin bu addımı Böyük Britaniyanın daxili işlər naziri İvett Kuperin bu həftəki çağırışından sonra gəlib. Nazir Fransadan miqrant qayıqlarının dənizdə mümkün qədər tez qarşısının alınmasını tələb etmişdi. Bu çağırışın səbəbi isə ötən şənbə günü 1,195 miqrantın 19 qayıqla Böyük Britaniyaya çatması olub. Bu, bir gün ərzində qeydə alınmış ən yüksək göstəricidir.
Cari ilin əvvəlindən bu günə qədər 14 min 812 miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub ki, bu da indiyədək ən yüksək illik göstərici sayılır.
BMT: Dünya okeanı dərin böhran içindədir...
İsveçdə antibiotiklərin istehsalı...
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...