Rusiyanın Voronej vilayətinin cənubunda partlayış nəticəsində dəmir yolu xətti zədələnib
Rusiyanın Voronej vilayətinin cənubunda partlayış nəticəsində dəmir yolu xətti zədələnib.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Rusiya mətbuatının məlumatına görə, qatarlardan birinin maşinisti relsin zədələndiyini görüb. Voronej vilayətinin cənubunda dəmir yolunun bir hissəsində bir neçə qatar dayandırılıb. Yoxlama nəticəsində FSB nümayəndələri dəmir yolu relsinin partlayış nəticəsində zədələndiyini müəyyən ediblər. Qurumun məlumatına görə, hadisənin əlamətlərinə əsasən, “terrorizm” maddəsi ilə cinayət işinin başlanması üçün əsaslar mövcuddur.
Voronej yaxınlığındakı dəmir yolu xəttində baş verən insidentlə əlaqədar uzaqməsafəli 26 sərnişin qatarı gecikir. Fövqəladə hallar xidməti hadisə yerində işini davam etdirir.
BMT: Dünya okeanı dərin böhran içindədir...
İsveçdə antibiotiklərin istehsalı...
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...