TPAO-nun “Şəfəq-Asiman” yatağında 30 faiz pay sahibi olması ilə bağlı saziş imzalanıb
Bu gün Bakı Enerji Həftəsi çərçivəsində bp, SOCAR və TPAO arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıblar.
Fhnews.az xəbər verir ki, bu razılaşma layihənin daha da inkişaf edirilməsi ilə bağlı ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək.
Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün HPBS-nin kəşfiyyat dövrü uzadılacaq. Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 faiz iştirak payına sahib olacaq — bunun 15 faizi bp-dən, 15 faizi isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda bp və SOCAR HPBS-də hər biri 50 faiz iştirak payına malikdir.
bp kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “TPAO-nun Şəfəq-Asiman tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu strateji əməkdaşlıq Azərbaycanın dəniz ehtiyatlarının qiymətləndirilməsi və mümkün işlənməsini inkişaf etdirmək üçün regional tərəfdaşlıqların əhəmiyyətini bir daha vurğulayır. bp və TPAO ilə birlikdə məqsədimiz qiymətləndirmə prosesini sürətləndirmək, nəticədə enerji təhlükəsizliyini artırmaq və bütün maraqlı tərəflərə əlavə dəyər gətirməkdir”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Operator olaraq, Şəfəq-Asiman layihəsini irəli aparmaq üçün TPAO ilə əməkdaşlıq imkanından çox məmnunuq. Belə əməkdaşlıq bizə bu perspektivli strukturda kəşfiyyat və qiymətləndirmə işlərini sürətləndirməyə kömək edəcək əlavə texniki və maliyyə imkanları gətirəcək. Bu, bütün tərəflərin Xəzərdə Azərbaycanın neft və qaz ehtiyatlarının tam potensialını daha geniş əməkdaşlıq və investisiyalar vasitəsilə ortaya qoymaq istəyini bir daha nümayiş etdirir”.
TPAO-nun İdarə Heyətinin sədri və baş icraçı direktoru Ahmet Türkoğlu deyib: “Bu gün regional enerji əməkdaşlığımızda mühüm bir mərhələni qeyd edirik. SOCAR və bp ilə yanaşı Şəfəq-Asiman tərəfdaşlığına qoşulmaqla “Türkiyə Petrolleri” ölkələrimiz və daha geniş region üçün təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı enerji gələcəyi qurmaq öhdəliyini bir daha təsdiqləyir. Bu əməkdaşlıq SOCAR-ın geniş yerli təcrübəsini, bp-nin qabaqcıl texnologiyasını və TPAO-nun dəniz sahəsindəki təcrübəsini bir yerə cəmləşdirir. Birlikdə Xəzər dənizindəki bu perspektivli strukturun tam potensialını üzə çıxarmaq məqsədimiz var. Geoloji kəşfiyyatdan başqa, bu tərəfdaşlıq həm də məşğulluq imkanları kimi əlavə dəyərlər yaradacaq və Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırmaqla regional sabitliyə, enerji təhlükəsizliyinə və uzunmüddətli iqtisadi artıma töhfə verəcək. “Türkiye Petrolleri” olaraq, bütün regionun inkişafı və dayanıqlılığı ilə bağlı birgə istəyimizi həyata keçirmək üçün SOCAR və bp ilə yanaşı olmaqdan qürur duyuruq”.
Bu günə qədər blokda aparılmış geoloji kəşfiyyat işlərinə 3D seysmik tədqiqatın aparılması, əldə edilmiş məlumatların emalı və interpretasiyası, həmçinin bir kəşfiyyat quyusunun (SAX01) qazılması daxildir. 2021-ci ildə tamamlanmış SAX01 quyusu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılmış və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləmişdi. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanmışdı.
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...
“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü...