Britaniyaya 80-dən çox miqrant daşıyan qayıqların sayı 4 dəfə artıb
Böyük Britaniyada hökumətin miqrant qaçaqmalçılığı ilə mübarizə vədlərinə baxmayaraq 80-dən çox insan daşıyan kiçik qayıqların ölkəyə gəlişi son üç ildə dörd dəfə artıb.
Fhnews.az “Independent”ə istinadla xəbər verir ki, son 1 ildə 80-dən çox insan daşıyan 33 qayığın İngiltərə sahillərinə çatdığı qeydə alınıb. Halbuki bu rəqəm 2022-ci ildə cəmi 8 idi.
Daxili İşlər Nazirliyinin yeni hesabatına əsasən Britaniyaya çatan kiçik qayıqların sayı azalıb. 2022-ci ildə 1116 qayıq Birləşmiş Krallığa daxil olsa da, 2025-ci ildə bu rəqəm 738-ə düşüb. Buna baxmayaraq, hər bir qayığa mindirilən miqrantların sayı xeyli artıb. Adətən yalnız 20 nəfərin təhlükəsiz şəkildə daşınması üçün nəzərdə tutulan qayıqlarda daha çox insanın yerləşdirilməsi riskləri artırır.
Daxili İşlər Nazirliyinin məlumatında bu il La-Manş boğazı üzərindən keçid üçün əlverişli hava şəraiti olan günlərin əvvəlki illərlə müqayisədə iki dəfə çox olduğu da vurğulanıb.
Britaniyada özəl məktəblərdə şagird sayı...
Astana səmasında naməlum obyektlər...
Astronomlar qrupu kiçik ulduz orbitində...
Rusiyanın Voronej vilayətinin cənubunda...
Tailand bu il turistlərin ölkədə vizasız...