“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb
İyunun 3-4-də Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdədir.
Fhnews.az xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Ülvi Mehdiyev tərəflər arasında inkişaf edən əməkdaşlıq mühitindən məmnunluğunu və “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib. Həmçinin tərəflər arasında imzalanacaq əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb.
Seneqallı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.
Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Qonaqlar “ASAN xidmət” mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.
Seneqal Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...