Qurban bayramı günlərində ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da Ağstafadan Bakıya hərəkət edəcək.
Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar bayram günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Su ehtiyatlarının idarə olunmasında...
Bayramla bağlı 135 ünvanda qurbanlıq...
Tərtərdə şəhid ailələrinə və aztəminatlı...
DİN: Bank kartı məlumatlarının naməlum...
Şamaxı və Xızıda zəlzələ olub...