6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

05-06-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev yarışın əhəmiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Sumqayıt şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Sumqayıt şəhər 15 saylı tam orta məktəbin komandası II yerə və Sumqayıt şəhər 30 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Paylaş: