Səudiyyə Ərəbistanı zəvvarların həcc ziyarətində süni intellektdən uğurla istifadə edib
Səudiyyə Ərəbistanı zəvvarların Məkkədən Ərəfata getməsinin süni intellekt vasitəsilə uğurla həyata keçirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən açıqlamada zəvvarların Ərəfata köçürülməsinin müasir avtobuslar və “Meshair” qatarı vasitəsilə müəyyən edilmiş vaxtda və yüksək təhlükəsizlik şəraitində həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, süni intellektin tətbiq olunduğu köçürmə prosesində zəvvar namizədləri heç bir sıxlıq yaranmadan rahat nəqliyyat axını ilə düşərgə ərazilərinə daşınıblar. Süni intellekt izdihamlı yerlərin təxmin edilməsində, məlumatların ani təhlilində və izdihamın sürətlə istiqamətləndirilməsində istifadə olunub.
Eyni sistem zəvvarların Ərəfatdan getməsi, Müzdəlifəyə keçməsi və Minada Cəmarət bölgəsində şeytanı daşqalaq etmələri üçün də tətbiq edilib.
Türkiyənin geoloji irsinə namizəd: Meke...
Dünyanın ən hündür dəmir yolu körpüsü...
Qvatemalada Fueqo vulkanı püskürüb...
Çilidə 6,4 bal gücündə zəlzələ baş verib...
BMT: Dünya okeanı dərin böhran içindədir...