6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Astana səmasında naməlum obyektlər müşahidə edilib

06-06-2025
IMG

Astana və bir neçə regionun sakinləri göydə sürətlə hərəkət edən bir neçə işıqlı obyekt müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Fhnews.az "Qazinform"a istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi səmadakı naməlum obyektlər barədə bəyanat verib.

“Məlumatın yayılması ilə əlaqədar bildiririk ki, Qazaxıstan ərazisində hava məkanının pozulması faktı qeydə alınmayıb. Vəziyyət müvafiq xidmətlərin nəzarəti altındadır. Əhali üçün heç bir təhlükə yoxdur. Bu hadisə atmosferə daxil olan kosmik aparat qalıqları və ya meteorit axınına bənzəyir. Adətən onlar sıx atmosfer qatlarında yanaraq yer səthinə çatmırlar”, – deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Müdafiə Nazirliyi vətəndaşlara sakitliyi qorumağı və düzgün olmayan məlumatlar yaymamağı tövsiyə edir. “Səlahiyyətli orqanlar bu hadisəni araşdırır və müvafiq açıqlama verəcək”, – deyə məlumatda vurğulanır.

Paylaş: