Liberal demokratların namizədi Li Ce Myun Cənubi Koreyanın prezidenti seçilib
İyunun 3-də Cənubi Koreyada keçirilən prezident seçkisində əsas müxalif qüvvə olan Demokratiya partiyasının namizədi Li ce Myun qalib gəlib.
Fhnews.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Li Ce Myunun 49,42 faiz səslə Cənubi Koreyanın 21-ci prezidenti seçildiyini açıqlayıb. Onun əsas rəqibi olan mühafizəkar Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su isə səslərin 41,15 faizini toplayıb. MSK artıq yeni prezidentin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.
Qeyd edək ki, sabiq dövlət başçısı Yun Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunmuşdu. Seçkidə 6 nəfər mübarizə aparıb. Seçicilərin 79,4 faizi (35,24 milyon nəfər) səsvermədə iştirak edib. Bu, 1997-ci ildən bəri ən yüksək göstəricidir.
Türkiyənin geoloji irsinə namizəd: Meke...
Dünyanın ən hündür dəmir yolu körpüsü...
Qvatemalada Fueqo vulkanı püskürüb...
Çilidə 6,4 bal gücündə zəlzələ baş verib...
BMT: Dünya okeanı dərin böhran içindədir...