Avstraliyada QİÇS-ə qarşı dərman yaradılmasına bir addım daha yaxınlaşılıb
Melburndakı Piter Doerti İnfeksiya və İmmunitet İnstitutunun tədqiqatçıları insanın ağ qan hüceyrələrinin (leykositlərin) içində gizlənmiş İİV-i (HIV) aşkar etməyin yolunu tapıblar.
Fhnews.az xəbər verir ki, bu barədə “Nature Communications” elmi jurnalında dərc olunmuş məqalədə məlumat verilib.
Materiala əsasən, alimlərin qarşısındakı əsas problemlərdən biri virusun leykositlərin içində gizlənə bilməsi idi. Orqanizmdə İİV-in elə gizli ehtiyat mənbələri mövcuddur ki, nə immun sistemi, nə də dərmanlar onlara təsir edə bilirdi. Yeni texnologiya virusu insan hüceyrələrinin içindəki "sığınacaqdan çıxmağa" məcbur edəcək.
Araşdırmanın əsasını COVID-19 pandemiyası zamanı tanınan mRNT (messencer RNT) texnologiyası təşkil edir. Alimlər göstəriblər ki, xüsusi hazırlanmış mikroskopik yağ qabarcıqları vasitəsilə mRNT-ni virusun gizləndiyi hüceyrələrə çatdırmaq mümkündür. Daha sonra mRNT bu hüceyrələrə virusun aşkar edilməsi üçün “təlimat” verir.
Türkiyənin geoloji irsinə namizəd: Meke...
Dünyanın ən hündür dəmir yolu körpüsü...
Qvatemalada Fueqo vulkanı püskürüb...
Çilidə 6,4 bal gücündə zəlzələ baş verib...
BMT: Dünya okeanı dərin böhran içindədir...