6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

05-06-2025
IMG

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nayida Qaçabəyova tərəfindən Qırğızıstandan idxal edilən “OcOO Qlobal Kreş” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

Paylaş: