ADU-nun tələbəsi “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” musiqili komediyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilən “Pillə 3” Tələbə Tamaşaları Festivalında çıxış edib.
ADU-dan bildirilib ki, “Arşın mal alan” tamaşası digər ali məktəblərdən təqdim olunan tamaşalar arasında ilk üçlükdə yer alıb. Tələbə Ruqiyə Nəsirova isə Gülçöhrə roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub.
Qeyd edək ki, tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 11 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanıb.
Tamaşanın ideya müəllifi ADU-nun rektoru akademik Kamal Abdulla, rejissoru Əsmər Həbibli, bədii rəhbəri Səadət Nəbiyeva, musiqi tərtibatçıları Sevinc Abdullayeva və Hüseyn Məhəmmədoğlu, xoreoqrafı Cəmilə Vəliyevadır. Kollektivin birgə əməyi nəticəsində səhnəyə çıxarılan bu tamaşa təqdimatı, səhnə quruluşu və musiqi müşayiəti ilə fərqlənərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin...
Qara dəliklər təbii kosmik...
“Təbii fəlakətlər, ekoloji problemlər və...
İRİA Təl-Əviv Universiteti ilə...
DİM-in may ayında keçirdiyi imtahanlarda...