Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək
Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək.
Bu barədə Fhnews.az Yaponiya mətbuatına istinadla xəbər verir.
İyunun 1-də qüvvəyə minən yenidən işlənmiş qanunvericilik çox isti hava şəraitdə işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün milli səviyyəli siyasətin nadir nümunəsidir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il iş yerində yüksək temperatur nəticəsində 30 nəfər həlak olub, təxminən 1200 nəfər xəsarət alıb. Xəsarət alanların əksəriyyəti tikinti və ya istehsalatda işləyib.
Müdafiə tədbirləri kifayət etməzsə, müəssisələr 500 min yen (3475 ABŞ dolları) məbləğində cərimələnək.
Ümumdünya Səhiyyə Təşkilatının ötənilki hesabatına görə, 2000-2019-cu illərdə günvurma nəticəsində yarım milyona yaxın ölüm hadisəsi qeydə alınıb.
İşəgötürənlər temperatur və rütubət kimi amilləri nəzərə alan, birbaşa günəş şüaları altında istilik stressinin göstəricisi olan “Wet Bulb Globe Temperature” İndeksini izləməyə çağırırlar. İndeksin dəyərinin 28°C-dən çox olduğu və ya ətraf mühitin temperaturu 31°C-dən çox olan iş yerlərində bir saatdan çox və ya cəmi dörd və ya daha çox saat ərzində xüsusi tədbirlər tələb olunur.
Britaniyada “Tesla”nın satışlarında 45...
İtaliyanın Tuscia Universitetində güclü...
Kanadadakı meşə yanğınlarının tüstüsü...
Qazaxıstan ən çox qızıl ehtiyatına malik...
Yapon alimləri qısa müddətdə dəniz...