4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

FHN-in Sumqayıt Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edib

02-06-2025

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: