4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Səkkiz yüzdən çox Ağdam sakini məşğulluq tədbirlərinə cəlb olunub

02-06-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, həmin tədbirlər Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinləri əhatə edir.

Artıq onlardan 817 nəfər məşğulluq tədbirlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan 747 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 70 sakin isə peşə kurslarına cəlb olunub.

“Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir”, - deyə məlumatda bildirilir.

Paylaş: