Günəş sisteminin kənarında yeni cırtdan planet kəşf edilib
Astronomlar qrupu Günəş sistemimizin soyuq kənarında yaşayan, təxminən 700 kilometr enində olan və cırtdan planet kimi təsnif edilə bilən göy cismini aşkarlayıb. Onu Günəşin ətrafında uzanan orbital yolda hərəkət edərkən müşahidə ediblər. gördülər.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, cırdan planet Günəş sistemimizin ən uzaq görünən obyektlərindən biridir. Onun mövcudluğu göstərir ki, ən kənar planet Neptun və Koyper qurşağı adlanan bölgədən kənarda nəhəng kosmos genişliyi çoxdan düşünüldüyü kimi boş qalmaya bilər. Koyper qurşağında çoxlu sayda buzlu cisim mövcuddur.
2017 OF201 adlanan bu obyekt Neptunun orbitindən çox uzaq məsafədə Günəş ətrafında fırlanan trans-Neptun cisimləri adlanan kateqoriyaya aiddir. Obyektin Günəşin bir orbitini tamamlaması təqribən 25.000 il çəkir. Yer kürəsinin bunu tamamlaması 365 gündür.
Tədqiqatçılar bildiriblər ki, 2017 OF201 yeddi il ərzində Çili və Havayda teleskopların müşahidələri nəticəsində müəyyən edilib.
Prinston Universitetinin Nyu-Cersidəki Qabaqcıl Tədqiqatlar İnstitutunun astrofiziki Şiao Çen qeyd edib ki, bu göy cismi cırtdan planet kimi qiymətləndiriləcək qədər böyükdür. Onun orbiti çox geniş və ekssentrikdir və bu o deməkdir ki, o, keçmişdə maraqlı orbital miqrasiya yolu keçib.
Onun ölçüsünün Günəş sisteminin beş tanınmış cırtdan planetindən ən kiçiyi olan və diametri təxminən 950 kilometrə çatan Ceresdən bir qədər kiçik olduğu təxmin edilir. Bu cırtdan planetlərin ən böyüyü olan Plutonun diametri təxminən 2377 kilometrdir.
2017 OF201-in kütləsinin Yerdən təxminən 20 min dəfə, Plutondan isə 50 dəfə kiçik olduğu təxmin edilir.
Astronomlar qeyd edirlər ki, yeni planetin forması hələ bilinmir. “Təəssüf ki, o, çox uzaqdır və teleskoplarla bunu müəyyən etmək bir qədər çətindir. Onun tərkibi də hələ tam məlum deyil, lakin ehtimal ki, digər buzlu cisimlərə bənzəyir”, -deyə Ş.Çen bildirib.
Kəşf beynəlxalq astronomlar təşkilatı olan Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi tərəfindən elan edilib və açıq girişli arXiv tədqiqat saytında dərc edilmiş araşdırmada onun barəsində ətraflı məlumat verilib.
Nigeriyada leysan yağışların səbəb...
Britaniyaya 80-dən çox miqrant daşıyan...
Avropa İttifaqında işsizlik səviyyəsinə...
Egey dənizində 5 bal gücündə zəlzələ...
DNT analizi Maya sivilizasiyasının...