Leysan olacaq, dolu düşəcək, çaylardan sel və daşqın keçəcək - XƏBƏRDARLIQ
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq ayın 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Əyriçayda suyun səviyyəsi 83 sm artıb...
FHN daha bir maye qazdoldurma...
COP29 rəhbərliyi Qvineya-Bisaunun ətraf...
Bakının bir sıra yollarında nəqliyyatın...
Azərbaycan ilə Gürcüstan gənclərinin...