6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır – FAKTİKİ HAVA

03-06-2025
IMG

İyunun 3-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 millimetr olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuq Mərcanlı və Şamaxıda saniyədə15 metrə çatır.

Paylaş: