Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə ev sahibliyi edəcək
Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Yay məktəbi avqustun 10-17-də Xankəndi şəhərində baş tutacaq.
Qarabağ Universitetində keçiriləcək yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı mövzularına həsr olunub.
Yay məktəbinin əsas məqsədi iştirakçıların mövzular üzrə nəzəri və praktiki biliklərini artırmaq, elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını təşviq etməkdən ibarətdir.
Yay məktəbində türk tarixi, türk düşüncə və incəsənət tarixi, türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən və tədqiqat aparan 35 yaşadək doktorantlar və alimlər iştirak edə bilərlər.
Tədrisin türk dilində aparıldığı yay məktəbində iştirakla bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.
Müraciətlər iyulun 15-dək qəbul olunur.
Qeydiyyat və ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin...
Qara dəliklər təbii kosmik...
“Təbii fəlakətlər, ekoloji problemlər və...
İRİA Təl-Əviv Universiteti ilə...
DİM-in may ayında keçirdiyi imtahanlarda...