Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir
2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, rus bölməsi üzrə müsahibələrin keçirilməsi prosesi mayın 31-də yekunlaşıb. Müsahibə prosesində övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə isə iyunun 3-dək baxılacaq.
İyunun 17-si saat 11:00-dan sentyabrın 12-si saat 18:00-a qədər dövlət ümumtəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçiriləcək.
Bununla yanaşı, iyunun 17-si saat 11:00-dan iyulun 17-si saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçiriləcək.
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin...
Qara dəliklər təbii kosmik...
“Təbii fəlakətlər, ekoloji problemlər və...
İRİA Təl-Əviv Universiteti ilə...
DİM-in may ayında keçirdiyi imtahanlarda...