6 iyun 2025, cümə Bakı, 21°C
IMG-LOGO

Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA-da Türkiyə nümayəndə heyətinin üzvü Kadim Durmazdan

04-06-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi 28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan müstəqilliyini əldə etdiyi vaxtdan böyük uğurlara imza atıb, ölkə daxilində köklü dəyişikliklər həyata keçirilib, eləcə də Qərb institutlarına inteqrasiya istiqamətində mühüm irəliləyişlər əldə olunub və biz bütün bu prosesləri təqdirlə müşahidə edirik.

Tarix boyu Azərbaycan ilə münasibətlər Türkiyə üçün prioritet olub. Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin isə “Bir millət, iki dövlət” kəlamları ölkələrimiz arasında münasibətlərin təməl prinsipi kimi qəbul edilmiş və Siz bu münasibətləri daha da inkişaf etdirmisiniz.

Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəli əməkdaşlığa əsaslanır, hər iki ölkə münasibətlərin daha da dərinləşməsinə diqqət yetirir, regionda sülhü və sabitliyi prioritet hesab edir, Türk Dövlətləri Təşkilatını gücləndirir və qlobal siyasətdə daha fəal rol oynamağı hədəfləyir.

Cənubi Qafqazda və Türk dünyasında uzunmüddətli perspektivdə nümunəvi münasibətlər kimi qiymətləndiriləcək Azərbaycan-Türkiyə əlaqələrinin gələcəkdə daha da möhkəmlənməsini arzulayıram.

Müstəqillik Günü münasibətilə Sizə bir daha səmimi təbriklərimi, dərin hörmət və ehtiramımı çatdırıram.

Kadim Durmaz

Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA-da

Türkiyə nümayəndə heyətinin üzvü

Paylaş: