Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belə ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən “Su səsi” adlı ailəvi istirahət mərkəzində vətəndaş Hüseynov Tural Səyyar oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Seneqal nümayəndələri "ASAN xidmət"...
Nazirlik: Əlilliyi olan şəxslərin...
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar...
Beynəlxalq Əmək Konfransının sessiyası...
Azərbaycan Həmkarlar İttifaqları...