4 iyun 2025, çərşənbə Bakı, 22°C
IMG-LOGO

Gələcəkdə  atmosferdəki oksigen böyük ölçüdə azalacaq.

02-06-2025
IMG

Yaponiyanın Toho Universiteti və ABŞ-nın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək böyük dəyişikliyi üzə çıxarıb. Araşdırmalara görə, atmosferdəki oksigen səviyyəsi təxminən 1 milyard ildən sonra azalacaq. Alimlər oksigen itkisinin günəş şüalarının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcəyini bildiriblər. Bu, bəşəriyyətin və oksigenlə yaşayan bir çox canlı növlərinin sonu deməkdir.

Araşdırmanı aparan elm adamlarından Kazumi Ozaki "Uzun illərdir ki, Yer kürəsində həyatın müddəti Günəşin artan parlaqlığı və qlobal geokimyəvi dövrlər əsasında hesablanırdı. Ancaq bu model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir"-deyə açıqlama verib.

Araşdırmaya görə, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi həyatının yalnız 20-30 faizini əhatə edəcək. Oksigen itkisi ilə bitkilər və fotosintetik orqanizmlər yox olacaq, lakin anaerob mühitdə, yəni oksigensiz mühitdə yaşayan mikroorqanizmlər yaşaya biləcəklər.

Paylaş: