Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib, Dövlət Himni ifa olunandan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi xalqa, dövlətə, Vətənə sadiq, cəsur, nizam-intizamlı əsgər olmağı, sərhədlərimizi göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulayıblar.
Daha sonra gənc əsgərlər Hərbi Anda gətirilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb
Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarına söz veriblər.
Mərasimin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Azərbaycan ilə Gürcüstan gənclərinin...
Qərbi Azərbaycan İcmasında Türkiyə...
Asiya İnkişaf Bankı ilə ətraf mühitin...
Ali Məhkəmə borcları ilə bağlı müflis...
Qeyri-sabit hava şəraiti iyunun 5-dək...