Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.
Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Dövlətinin Əmiri