DSX-nin hərbi hissələrində “Açıq qapı” günü keçirilib
Dövlət Sərhəd Xidmətinin(DSX) sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib.
DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olub, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar.
Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilib, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilib.
Tədbir zamanı qonaqlar sərhədçilərin Vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sədaqətindən, eləcə də, yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunub.
Azərbaycan ilə Gürcüstan gənclərinin...
Qərbi Azərbaycan İcmasında Türkiyə...
Asiya İnkişaf Bankı ilə ətraf mühitin...
Ali Məhkəmə borcları ilə bağlı müflis...
Qeyri-sabit hava şəraiti iyunun 5-dək...