4 iyun 2025, çərşənbə Bakı, 20°C
IMG-LOGO

Həcc ziyarəti izni olmayan 269 minə yaxın insanın Məkkəyə girişi əngəllənib
 

02-06-2025
IMG

Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, illik Həcc ziyarəti izni olmayan 269 minə yaxın insanın Məkkəyə girişi əngəllənib. Krallığın aidiyyəti orqanları bu şəhərə qeyri-qanuni səyahətlərə qarşı mübarizə aparıldığını qeyd ediblər.

Fhnews.az “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Krallığın rəsmiləri Həcc ziyarətində izdihamın çoxluğunu icazəsiz iştirakçılarla əlaqələndirirlər. Onlar, həmçinin keçən ilin qızmar yay mövsümündə ölənlərin çoxunu təşkil edirdilər.

Hazırda rəsmi olaraq Məkkədə 1,4 milyon müsəlman var və yaxın günlərdə bu şəhərdə daha çox izdiham olacağı gözlənilir. Həcc ziyarətini icazəsiz yerinə yetirən hər kəs üçün 5000 dollara qədər cərimə və deportasiya kimi cəza tədbirləri görülür.

Məkkədə keçirilən mətbuat konfransında rəsmilər icazəsi olmayan 269 678 nəfərin şəhərə girişinin əngəlləndiyini bildiriblər. Qaydalara görə, ilboyu bu şəhərdə yaşasalar belə, yalnız icazəsi olan şəxslər Həcc ziyarətinə buraxılır.

Rəsmilər, həmçinin Həcc qaydalarını pozduğuna görə 23 mindən çox Səudiyyə Ərəbistanı sakinini cəzalandırıb və 400 şirkətin lisenziyasını ləğv edib. General-leytenant Məhəmməd əl-Öməri mediaya deyib: “Ziyarət bizim nəzarətimiz altındadır, itaətsizlik edən hər kəsi aşkar edirik”.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Departamenti bazar günü bildirib ki, Həcc ziyarətində ilk dəfə pilotsuz təyyarələrdən istifadə edilir. Onlardan müşahidə və monitorinq, həmçinin yanğınların söndürülməsi məqsədilə istifadə oluna bilər.

Paylaş: