BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistrantı, beynəlxalq ikili diplom proqramının iştirakçısı Edqar Şahbazov Böyük Britaniyanın Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin molekulyar biologiya ixtisası üzrə doktorantura proqramına qəbul olunub.
Bu barədə BDU-dan məlumat verilib. Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında biotexnologiya ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsidir.
Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı “Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu” mövzusu Mançester Universitetinin tanınmış alimləri Gino Poulin və Alan Uitmarşın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.
Qeyd edək ki, BDU və HUJI arasında həyata keçirilən ikili diplom proqramı beynəlxalq səviyyədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.
Folklor İnstitutunun direktoru Qarabağ...
DİA-da Türkiyənin tanınmış...
Qiymətləndirmə fəaliyyəti ilə məşğul...
Uşaqların I sinfə elektron qəbulu...
Təhsil müəssisələrində “İnsan hüquqları...