6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Əhalinin kiberhücumlara qarşı hazırlıq səviyyəsi təhlil edilib

03-06-2025
IMG

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən kiberhücumlarla bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirilib.

Observatoriyadan bildirilib ki, təhlil nəticələrinə görə, respondentlərin 50 faizi kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb.

Bank kartları ilə bağlı kiberhücumlara məruz qalanların sayı 11,7, digər kiberfırıldaqçılıq halları isə 5,9 faiz təşkil edir. Sorğuda iştirak edənlərin 24,3 faizi kiberhücumlar haqqında məlumatlılıq səviyyəsinin aşağı olduğunu qeyd edib.

Müəyyən edilib ki, respondentlərin 40,8 faizi kibertəhlükəsizlik üçün heç bir tədbir görmür. Eyni zamanda, 53,9 faizi bu sahədə bilgiləri əsasən sosial şəbəkələrdən əldə etdiyini vurğulayıb. Təhlükəsizlik mövzusunda təlimlərdə iştirak etməyə maraq göstərənlərin sayı isə 21,4 faiz təşkil edir.

Sorğunun məqsədi əhalinin kibertəhlükəsizlik sahəsində davranışlarını təhlil etmək və bu sahədə effektiv maarifləndirmə tədbirlərinin hazırlanmasına töhfə verməkdir.

Paylaş: