DİN: İyunun 6-dan 10-dək respublika ərazisində post-patrul naryadlarının sayı artırılacaq
Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı münasibətilə vətəndaşlara müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.
İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək.
Su ehtiyatlarının idarə olunmasında...
Bayramla bağlı 135 ünvanda qurbanlıq...
Tərtərdə şəhid ailələrinə və aztəminatlı...
DİN: Bank kartı məlumatlarının naməlum...
Şamaxı və Xızıda zəlzələ olub...